Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan təmsilçisi Yekaterina Ryabova “Pekin-2022”də mübarizəyə başlayıb




“Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabova fevralın 15-də fərdi yarışlarda qısa proqramla çıxış edib.

BrendSport.az
xəbər verir ki, 30 idmançının mübarizə apardığı yarışda idmançımız 24-cü nömrə altında çıxış edib. Hakimlər onun çıxışını 61,82 xalla qiymətləndiriblər. Yekaterina Ryabova bu nəticə ilə fevralın 17-də qadın fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış etmək hüququ qazanıb. Qadın fiqurlu konkisürənlərin fərdi yarışının qalibi qısa və sərbəst proqram üzrə qazanılan xalların cəminə əsasən müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev “Pekin-2022”də 18-ci yeri tutub.

Xatırladaq ki, 24-cü Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. İndiyədək 24 ölkənin idmançıları 76 dəst medal qazanıblar. Medal sıralamasına 11 qızıl, 6 gümüş və 7 bürünc medalla Norveç komandası liderlik edir. İkinci yerdə Almaniya (8 qızıl, 5 gümüş, 2 bürünc medal), üçüncü yerdə ABŞ (7 qızıl, 6 gümüş, 4 bürünc) qərarlaşıb.

Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş