Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qazaxıstanda keçirilməsi planlaşdırılan şahmat üzrə dünya çempionatı ləğv edilib

Qazaxıstanda keçirilməsi planlaşdırılan şahmat üzrə dünya çempionatı ləğv edilib


Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilməsi planlaşdırılan şahmatın rapid və blits növləri üzrə dünya çempionatı baş tutmayacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb. Çempionatın ləğvinə səbəb Qazaxıstan hökuməti tərəfindən bu yaxınlarda tətbiq edilən yeni COVID-19 məhdudiyyətləridir.
Qeyd edək ki, ötən il COVID-19 pandemiyası səbəbindən təşkil olunmayan dünya çempionatının bu il dekabrın 25-dən 30-dək keçirilməsi nəzərdə tutulurdu.
Xatırladaq ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionu adına sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş