Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 2: "Prema Racing" komandası Bakıda liderliyi ələ alıb

Formula 2: "Prema Racing" komandası Bakıda liderliyi ələ alıb

Formula 2 yarışlarının Bakı mərhələsindən sonra pilotların sıralamasında dəyişiklik olmayıb.

BrendSport.az xəbər verir ki, ötən üç yarışın nəticəsinə görə, "UNI-Virtuosi" komandasının pilotu Quan Çjou 78 xalla liderliyini davam etdirir. "Prema Racing"in üzvü Oskar Piastri 73 xalla ikinci, Robert Şvartsman ("SMP Racing") isə 66 xalla üçüncü pillədə qərarlaşıblar.
Bakı yarışlarının nəticəsi komandaların sıralamasında özünü göstərib. Belə ki, "Prema Racing" komandası 139 xalla birinci pilləyə yüksəlib. "UNI-Virtuosi" 119 xalla ikinci, "Hitech Grand Prix" isə 113 xalla üçüncüdür.
Formula 2 yarışlarının dördüncü mərhələsi - Böyük Britaniyada iyulun 16-18-də təşkil olunacaq. Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş