Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın rekordçusu 450-yə çatıb

“Qarabağ”ın rekordçusu 450-yə çatıb


Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib. Yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib.
BrendSport.az xəbər verir ki, “Qəbələ” ilə səfər matçına (1:1) qədər Ağdam klubunda 449 görüşə çıxan 31 yaşlı müdafiəçi yubiley oyununda start heyətində yer alıb. Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “Qarabağ”ın rekordçusu olan M.Medvedev 450 qarşılaşmada 13 qol vurub. O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.
Qeyd edək ki, “Qarabağ”ın kapitanı klubun əsas heyətində 2006/2007-ci il mövsümündə debüt edib.


Facebook-da paylaş

Xəbəri paylaş