Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gələn il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər

Gələn il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər


Formula 1-in 2021-ci il mövsümünün ilkin təqvimi açıqlanıb.
BrendSport.az “F1i” nəşrinə istinadla xəbər verir ki, sayca 4-cü olan Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər. Dünya çempionatının birinci yarışının isə Bəhreyndə martın 14-də təşkili nəzərdə tutulub. Melburndakı mərhələ isə oktyabra təxirə salınıb.
Mövsüm dekabrda Əbu-Dabi Qran-Prisi ilə başa çatacaq.
Gələnilki mövsümdə dünya çempionatı çərçivəsində ümumilikdə, 22 Qran-Pri - Bəhreyn (14 mart), Vyetnam (28 mart), Çin (11 aprel), Azərbaycan (25 aprel), Niderland (2 may), İspaniya (9 may), Monako (23 may), Kanada (6 iyun), Avstriya (20 iyun), Fransa (27 iyun), Britaniya (11 iyul), Macarıstan (25 iyul), Belçika (29 avqust), İtaliya (5 sentyabr), Rusiya (19 sentyabr), Sinqapur (26 sentyabr), Yaponiya (10 oktyabr), Avstraliya (24 oktyabr), ABŞ (7 noyabr), Meksika (14 noyabr), Səudiyyə Ərəbistanı (28 noyabr), Əbu-Dabidə (5 dekabr) yarışları baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş