Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Fərid Mansurov: Azərbaycanın dünya birliyi tərəfindən də tanınan ərazi bütövlüyünün bərpa olunacağı gün çox yaxındadır

Fərid Mansurov: Azərbaycanın dünya birliyi tərəfindən də tanınan ərazi bütövlüyünün bərpa olunacağı gün çox yaxındadır


İşğalçı Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə əlaqədar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Ordumuzun əks-hücumu nəticəsində işğal edilmiş torpaqlarımızda şanlı bayrağımızın dalğalanması üçün böyük Vətən müharibəsinə səfərbər olub.


BrendSport.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov bildirib.
Şöbə müdiri qeyd edib ki, dövlətimiz son zamanlar ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxəli inkişafı, cəmiyyətimizin sosial rifahı üçün apardığı məqsədyönlü siyasəti və beynəlxalq arenalarda qazanılan uğurlarımız bugünkü döyüşlərdə əsas amil olub: “Biz yüz minlərlə idmançı ordusu hər zaman şanlı bayrağımızın yarış meydanlarında dalğalanmasına göstərdiyimiz əzm və rəşadəti bu gün də torpaqlarımızın azadlığı uğrunda qanımız və canımızla göstərməyə hazırıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində dediyi kimi, biz haqq yolundayıq. Torpaqlarımızın bir qarışı da düşmən işğalında qalmayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.
F.Mansurov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə dörd qətnamənin qəbul olunmasına, bu sənədlərin hər birində ermənilərin təcavüzkar siyasətinin pislənilməsinə və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunmasına baxmayaraq, bu tələblər indiyədək yerinə yetirilməyib.
Eyni zamanda, otuz ilə yaxındır ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə verməməsi və Ermənistan rəhbərliyinin apardığı qeyri-konstruktiv yanaşma, həmçinin son günlər Tovuzda və digər bölgələrdə törədilən təxribatlar haqqında danışan Olimpiya çempionumuz deyib: “Bütün beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınan sərhədlərimizin rəşadətli ordumuz tərəfindən tezliklə bərpa olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacaqları gün çox yaxındadır”.


Facebook-da paylaş