Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan UEFA-nın reytinq cədvəlində bir pillə irəliləyib

Azərbaycan UEFA-nın reytinq cədvəlində bir pillə irəliləyib


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yekun vurulduqdan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəliləyərək 25-ci pilləyə yüksəlib. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Molde” ilə qarşılaşan “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub olsa da (5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.
Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16,125-ə çatıb. Hesabında 15,950 xal olan Rumıniya isə 1 pillə geriləyərək 26-cı sıraya enib.


Facebook-da paylaş

Xəbəri paylaş