Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Peter Quillin: Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir

Peter Quillin: Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir.

BrendSport.az xəbər verir ki, bu fikri TASS informasiya agentliyinə irlandiyalının dostu və təlim tərəfdaşı Peter Quillin söyləyib.
K.Makqreqorun güclü MMA döyüşçüsü olduğunu vurğulayan P.Quillin onun Həbib Nurməhəmmədov-Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini bildirib. O, qeyd edib ki, təlim-məşq toplanışında düzgün hazırlıq nəticəsində Konor Makqreqor H.Nurməhəmmədova qalib gələ bilər.
Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə H.Nurməhəmmədov arasında döyüş keçirilib. “T-Mobile” arenasında təşkil olunan döyüş Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.


Facebook-da paylaş

Xəbəri paylaş