Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub

Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub

Bakıda keçirilməsi nəzərdə tutulan və Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan karate üzrə Avropa çempionatı ləğv edilib.
BrendSport.az Ümumdünya Karate Federasiyasının (WKF) saytına istinadla xəbər verir ki, bu qərar Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik səbəbindən qəbul edilib. Belə ki, Tokio Olimpiadasının 2021-ci ilə təxirə salınması ilə əlaqədar karate turnirlərində təsnifat sisteminin yenilənməsi qərara alınıb. Buna görə də martın 25-29-da Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Qitə çempionatının verməli olduğu lisenziya xallarını karateçilər 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil ediləcək Avropa çempionatında qazana biləcəklər.
Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı koronavirus infeksiyası səbəbindən təxirə salınmışdı.


Facebook-da paylaş