Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın müdafiəçisini transfer etmək istəyən klubların sayı artır

“Qarabağ”ın müdafiəçisini transfer etmək istəyən klubların sayı artır


Mövsümün sonunda “Qarabağ”dan ayrılacağı gözlənilən braziliyalı müdafiəçi Aylton Silvanı transfer etmək istəyən klubların sayı artır.
BrendSport.az
xəbər verir ki, Türkiyənin “Antalyaspor” klubunun maraq dairəsində olan “sambaçı”ya indi də Birləşmiş Ərəb Əmirliklərindən təklif gəlib. Adı çəkilən ölkənin “Adciman” və “Hatta” klubları braziliyalını heyətə qatmaq istəyir. Artıq klub nümayəndələri ilə Ayltonun meneceri arasında ilkin danışıqların aparıldığı da deyilir.
Qeyd edək ki, müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan təcrübəli futbolçunun mövsümün sonunda “Qarabağ”dan ayrılacağı dəqiqləşib. “Ştutqart” rəhbərliyi isə onu transferə çıxarıb.


Facebook-da paylaş

Xəbəri paylaş