Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” UEFA reytinqində rekord göstərici əldə edib

“Qəbələ” UEFA reytinqində rekord göstərici əldə edib


“Qəbələ” futbol klubu hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.
BrendSport.aZ
xəbər verir ki, bu haqda klubun saytının yaydığı məlumatda bildirilir.
Son 5 avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda “qırmızı-qaralar” 7,500 xala malikdir. Komanda 2015/2016-cı və 2016/2017-ci il mövsümlərinin hərəsində 2,000, 2017/2018-ci və 2018/2019-cu il mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran komanda 148-ci sırada yer alıb.
Bu, klub tarixinin rekord göstəricisidir. “Qəbələ” cari mövsümədək heç vaxt belə yüksək mövqedə qərarlaşmayıb.
Avrokuboklarda debüt etdiyi 2014/2015-ci il mövsümündə siyahıya daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını da artırıb.
2017-ci ilin yayından etibarən klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş