Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Formula 1 Rusiya Qran-Prisi 2020-ci ildə tamaşaçılarla keçirilən ilk yürüş ola bilər

Formula 1 Rusiya Qran-Prisi 2020-ci ildə tamaşaçılarla keçirilən ilk yürüş ola bilər

Formula 1 Rusiya Qran-Prisi planlaşdırıldığı kimi sentyabrın 27-də keçirilməlidir.
BrendSport.az xəbər verir ki, bunu "Rosqonok"un baş direktoru Aleksey Titov təsdiq edib. Bundan əlavə, o bildirib ki, Soçi mərhələsi tamaşaçılarla keçirilə bilər.
A.Titov "Instagram" sosial şəbəkəsindəki "Soçi Avtodrom" səhifəsində yazıb: "Düşünürəm ki, Rusiya mərhələsinin tamaşaçılarla keçirilməsi üçün hər cür şansı var. Lakin başa düşmək lazımdır ki, epidemiya ilə bağlı vəziyyət yetərincə mürəkkəbdir və sentyabrın sonunda vəziyyətin necə olacağından danışmaq çox tezdir.
Şəksiz ki, Qran-Prinin tamaşaçılarsız keçirilməsi işin bir formatı, tamaşaçılarla keçirilməsi başqa formatıdır. Lakin yürüşün tamaşaçılarla keçirilməsi qərarı avtomatik olaraq o deməkdir ki, ölkəmizdə epidemioloji vəziyyət normallaşıb və biz sərhədlər açıldığına və təyyarələr uçduğuna görə şadlana bilərik.
Təqvimin internetdə dolaşan bütün versiyaları yalnız Formula 2 və Formula 3 komandalarının təxminidir. Formula 1 promouterləri hazırda yalnız bunu dəqiq bilirlər: Avstriya yürüşü iyulun 5-də və 2-də keçiriləcək. Vəssəlam. Bu iki yürüşdən sonra nələr olacağı barədə bir fikir yoxdur.
Biz son dərəcə ümidvarıq ki, bütün bunlar tezlikdə başa çatacaq. İnsanlar adi həyat tərzinə qayıdacaq və bizim mərhələmiz keçiriləcək".


Facebook-da paylaş