Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya La liqası: “Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” doğma meydanda qələbə qazanıb



Oktyabrın 27-də futbol üzrə İspaniya La Liqasının X turu çərçivəsində keçirilən matçda "Sevilya" doğma meydanda "Getafe"ni qəbul edib.

BrendSport.az xəbər verir ki, "Ramon Sançes Pizxuan" stadionunda baş tutan görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Qarşılaşmanın 69-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Çiçarito hesabı açıb. "Sevilya" klubunun yarımmüdafiəçisi Lukas Okampos 78-ci dəqiqədə fərqlənərək komandasının ikinci qolunu vurub. Görüş elə bu hesabla da bitib – 2:0.

Beləliklə, Sevilya təmsilçiləri turnir cədvəlində 19 xalla beşinci pillədə qərarlaşıb.

Günün digər oyunlarında "Qranada" doğma meydanda "Real Betis"i minimal hesabla qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib - 1:0.

"Real Sosyedad" isə səfərdə "Selta Viqo"nu 0:1 hesabı ilə məğlub edib. Kataloniyanın "Espanyol" klubu rəqib meydanda "Levante"ni 1:0 hesabı ilə üstələyib. Turun son oyununda isə "Osasuna" doğma divarlar arasında "Valensiya"nı qəbul edib. Meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş