Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Formula 1 Azərbaycan Qran-Prisinin fərqlənən könüllüləri Macarıstana göndəriləcək



“Bakı Şəhər Halqası” Əməliyyatı Şirkəti (BŞH) aprelin 26-28-də təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində fəaliyyət göstərən könüllülər arasında müsabiqə keçirir. Əməliyyat Şirkəti qalibləri avqustun 2-4-də keçiriləcək Macarıstan Qran-Prisinə göndərəcək.


BŞH-dən BrendSport.az -a bildiriblər ki, səfər zamanı könüllülər Macarıstan Qran-Prisini birbaşa izləməklə yanaşı, bu yarışın təşkilatçıları ilə təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri Əməliyyat Şirkəti tərəfindən qarşılanacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Qran-Prisi zamanı fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Müsabiqədə könüllülərin fəaliyyəti üç əsas istiqamət - könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün mərhələlər üzrə keçirilən ümumi imtahan əsasında qiymətləndiriləcək. Bütün meyarlar üzrə ən yüksək nəticə əldə edən könüllülər müsabiqənin qalibi olacaqlar.


Facebook-da paylaş