Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIDE reytinqi: 5 şahmatçımızın mövqeyi dəyişdi



Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

BrendSport.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib. Hazırda 2790 xalla 5-ci pillədə olan 33 yaşlı qrossmeyster lider norveçli dünya çempionu Maqnus Karlsendən 55, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 38, 3-cü sıradakı çinli Din Lijendən 22, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 7 xal geri qalır.

Azərbaycanlı digər şahmatçılara gəldikdə, Teymur Rəcəbov da yerində qalıb. O, 2756 xalla 13-cü sıradadır. 13 pillə geriləyən Arkadi Naydiç 2710 xalla 35-cidir. 2701 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. 2664 xalı olan Qədir Hüseynov isə 1 pillə geriləyib və 82-ci yerdədir. 23 pillə geriləyən Eltac Səfərli 2662 xalla 85-cidir.

Qadınlardan Günay Məmmədzadə 2438 xalla 39-cu pillədədir. O, 10 pillə irəliləyib. 2398 xala malik Xanım Balacayeva 2 pillə geriləyib və 64-cü sıraya enib. Gülnar Məmmədova isə “100-lüy”ü tərk edib.


Facebook-da paylaş

Xəbəri paylaş