Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Şeydayev Səmədovun gəlişinə sevinir



"İşimizə çox yarayacaq iki mərhələdən ibarət təlim-məşq toplanışı keçdik" - bunu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.


BrendSport.az xəbər verir ki, Gənc forvardın formasını geyindiyi "Krılya Sovetov" Antalya toplanışını başa vuraraq, Rusiyaya qayıdıb. Klubun rəsmi saytına açıqlama verən Şeydayev daha bir yoxlama görüşü keçirəcəklərini bildirib. Forvard mövsümün geridə qalan hissəsində az qol vurmalarına da aydınlıq gətirib: "Çempionatın başlamasına 10 gündən bir qədər çox vaxt qalıb. Ovaxta qədər daha bir yoxlama görüşü keçirəcəyik. O ki qaldı qolların vurulmasına, bu da gələcək. Ümid edirik ki, mövsümün ikinci yarısında daha çox qol vuracağıq. İlk dövrədə niyə az qol vurduğumuzun cavabını tapmaq çətindi. Bəzən bəxtimiz gətirmədi, bəzən müdafiədən oynamağa üstünlük verdik".

Millimizin üzvü "Krılya Sovetov"un qış fasiləsindəki transfer siyasətinə də toxunub. Onun fikrincə, yeni gələnlər onların daha uğurlu nəticələr əldə etməsinə kömək edəcəklər: "Bizə yeni, təcrübəli futbolçular qoşulub. Bəziləri Çempionlar Liqasında mübarizə aparıb, Aleksandr Səmədov dünya çempionatında Rusiya yığmasının formasını geyinib. Yeni gələnlər, əlbəttə ki, bizə kömək edəcəklər. Düşünürəm ki, bu cür futbolçularla qarşıya qoyulan hədəfə çatarıq. Əsas odu ki, hamımız yüz faiz hazırıq və komanda daim yüksək səviyyədə çıxış edəcək".

Qeyd edək ki, Rusiya Premyer Liqasının 16 turundan sonra "Krılya Sovetov" 17 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Facebook-da paylaş