Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda ilk dəfə UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək



Mayın 29-da Azərbaycanda ilk dəfə UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-dan BrendSport.az -a bildiriblər ki, toplantı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı ərəfəsində təşkil olunacaq. İclasın yeri və gündəliyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu gün Romada da iclas keçiriləcək. UEFA-nın yeni prezidentinin seçiləcəyi iclasda bir neçə məsələnin müzakirəsi gözlənilir. Eyni zamanda, FIFA Şurasında vitse-prezident vəzifəsinə, İcraiyyə Komitəsi üzvlüyünə 8 nəfərin 4 il müddətinə seçkisi keçiriləcək. 2019-2024-cü illərdə UEFA-nın, o cümlədən qadın futbolunun inkişaf strategiyası və Avropa futbolunun hərəkət vektoru müəyyənləşəcək.

Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kuboku da daxil olmaqla, 2019-cu və 2020-ci illərdə klub və yığma komandalar səviyyəsində turnirlərin əsasnamələri, 2019-2021-ci illərdə gənclər arasında Avropa çempionatının final mərhələsinin formatı təsdiqlənəcək. Habelə, UEFA və Avropa Klubları Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq memorandumu bağlanılacaq.

Son məsələ isə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının həlledici mərhələlərində səfər qolu qaydasının ləğvi məsələsinə baxılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş