Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Qana Futbol Federasiyasında korrupsiya ilə bağlı araşdırma aparan jurnalist güllələnib




Qananın Futbol Federasiyası və onun liqalarında korrupsiya ilə bağlı araşdırma aparan jurnalist Əhməd Hüseyn-Suale paytaxtda motosikletdə olan naməlum şəxslər tərəfindən güllələnib.

BrendSport.az BBC-yə istinadla xəbər verir ki, 2018-ci ilin yayında “BBC Africa Eye” şirkəti Əhmədlə birlikdə jurnalistlər qrupunun apardıqları araşdırma əsasında Qananın Futbol Federasiyasının prezidenti Kvesi Nayantakii, digər məmurlar, həmçinin hakimlərin korrupsiya fəaliyyəti haqqında sənədli film təqdim etmişdi. Filmin nümayişindən sonra Nayantakii ömürlük diskvalifikasiya almış, Qana hökuməti isə Milli Futbol Federasiyasını ləğv etmişdi.

Qeyd olunur ki, daha əvvəl Qana parlamentinin üzvü Kennedi Aqzponq Hüseyn-Sualenin fotoşəklini yaymış və onunla hesab çəkməyə çağırmışdı.


Facebook-da paylaş