Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” komandası səfərdə “Herta”nın qonağı olacaq



Bu gün “Qəbələ” futbol klubu UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

BrendSport.az xəbər verir ki, komandamız səfərdə Almaniyanın “Herta” klubunun qonağı olacaq.

Çempionlar yolunun ikinci mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Berlindəki “Vurfplats” stadionunda təşkil olunacaq görüşün baş hakimi Ferens Karako olacaq. Ona həmyerliləri Tibor Çatari və Norbert Bornemissa kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Almaniya təmsilçisi Lasse Kozlovski yerinə yetirəcək.

Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Üç həftə əvvəl Qəbələdə baş tutan ilk oyunda Almaniya çempionu 3:1 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş