Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DİN-in iki əməkdaşı universal döyüş üzrə dünya çempionatında gümüş medal qazanıb




Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib.

BrendSport.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 58 ölkədən 350-dək idmançının qatıldığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan nazirliyin Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis serjantları Orxan Şükürov və Asif Səlimli inamlı mübarizə aparıblar.

Yarış təəssüratlarını bölüşən O.Şükürov bildirib ki, dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, bu sahəyə həvəs göstərən gənclərin sayı ildən-ilə artır: “Bu yarışda mən universal döyüşün layt versiyası üzrə çəkisi 75 kiloqramadək olan idmançıların sırasında mübarizə apardım. Finaladək keçirdiyim bütün görüşləri qələbə ilə başa vurub gümüş medal qazanmışam.

Həm xidmət, həm də komanda yoldaşım Asif Səlimli isə klassik versiya üzrə keçirilən yarışlara qatılıb. Çəkisi 90 kiloqramadək olan idmançılar arasında inamlı mübarizə apararaq gümüş medala sahib olub.

Bizə yaradılan şəraitdən, əməyimizə verilən qiymətdən ruhlanaraq bildirirəm ki, gələcəkdə də bu uğurları davam etdirəcəyik”.


Facebook-da paylaş

Xəbəri paylaş