Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Unay Emeri: "Avroliqanın qalibi olmaq çətindir"

Unay Emeri: "Avroliqanın qalibi olmaq çətindir"

"Bizim əsas məqsədimiz Premyer Liqanı ilk dörd pillədə başa vurmaq istəyirik. Hədəfimiz Çempionlar Liqasında oynamaqdır. Bunun üçün iki üsul var: Premyer Liqanı "Top-4"də bitirmək və ya Avropa Liqasının qalibi olmaq. Hər iki variant çətindir, amma biz hədəfimizə çatmağa çalışacağıq".

Britaniya mətbuatının yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

O, London klubunun digər hədəfləri haqda da danışıb: "Bundan başqa, ölkədaxili hər hansı kubok qazanmaq əhəmiyyətlidir.Buna görə "Arsenal" hər iki kubok oyununda qalib gəlməyə çalışacaq. Üçüncü hədəfimiz isə azarkeşlərlə yaxşı əlaqənin yaradılmasıdır. Komandanın enerjili və daim uğur üçün ac olmasını istəyirik".


Facebook-da paylaş

Xəbəri paylaş