Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




MOİK təmsilçiləri 18 medal qazanaraq açıq Avropa çempionatının qalibi olublar



Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun (MOİK) yetirmələri növbəti dəfə uğur qazanıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BrendSport-a bildiriblər ki, MOİK-in idmançıları Kiyevdə keçirilən kyokuşin karate üzrə açıq Avropa çempionatının qalibi olublar.

İdmançılarımız 5-i qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 18 medal qazanıblar.

Bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındıraraq dünya rekordunu yeniləyib.

On səkkiz ölkədən 160 idmançının iştirak etdiyi çempionatda məşqçilər Akif İsgəndərov, İnşallah Camalov, Abbas Abbasovun və Hamlet Əlilinin rəhbərliyi ilə tatami üzərinə çıxan pəhləvanlarımız medal sayına görə iştirakçı komandalar arasında birinci yeri tutublar.






Facebook-da paylaş