Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




2020-ci ildə keçiriləcək dünya çempionatı Litvada



2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatına Litva ev sahibliyi edəcək.

İran, Yaponiya və Yeni Zelandiya da mundialı qəbul etmək üçün namizədliyini irəli sürsə də, FİFA üstünlüyü Avropa ölkəsinə verib.

Bu, Avropada keçiriləcək sayca üçüncü dünya çempionatı olacaq. İlkin və əsas mərhələnin püşkü bu il dekabrın 12-də atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 29-dan fevralın 3-dək, əsas mərhələnin görüşləri isə oktyabrın 22-dən 27-dək keçiriləcək. 2019-cu il noyabrın 7-də elit raundun püşkü atılacaq, oyunları isə 2020-ci il yanvarın 28-dən fevarlın 2-dək baş tutacaq. Pley-off oyunlarının tarixi də məlumdu. Son iştirakçıların adı 2020-ci ilin 9 və 12 aprelində keçiriləcək matçlarda məlum olacaq.

Dünya çempionatının final mərhələsi isə sentyabrın 12-dən oktyabrın 4-dək keçiriləcək.

Qeyd edək ki, 2016-cı ildə dünya çempionatı Kolumbiyada keçirilib və final matçında Rusiyanı 5:4 hesabı ilə məğlub edən Argentina qalib olub.


Facebook-da paylaş