Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zidan Bakıya gəlir



Fransa millisinin əfsanəvi futbolçusu, Madrid "Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan Bakıya gələcək.

Onun səfəri 2019-cu ilin mayında Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlıdır.

Bu barədə "Oxu.az” məlumat yayıb. Məlumatda qeyd olunur ki, Avroliqanın finalı ilə bağlı yaxın aylarda Bakıda fan-zona açılacaq. Məhz bu münasibətlə Zidanın da Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, o, Bakıya tək gəlməyəcək. Hazırda ona yaxın məşhur sima arasında seçim aparılır. Onlardan bir neçəsinin gəlişinə razılıq veriləcək. Zinəddin Zidan artıq razılıq verilmişlər siyahısındadır.


Facebook-da paylaş

Xəbəri paylaş