Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol tarixinin ən bənzərsiz 13 qolu



Bu qollara yaxşı bax, çünki təkrarları olmayacaq! Tarixin ən qeyri-adi 13 qolu siyahımızdadır.

Bugünlərdə futbolda gözəl qollarla daha tez-tez rastlaşırıq. Artıq, demək olar ki, hər liqanın şahanə zəminlərə malik olması, futbol topuna hər gün daha çox edilən texnoloji təsirlər bunun əsas səbəbidir. Bir də, təbii ki, artıq bir çox komandanın mükəmməl müdafiə strategiyasının olması da bir həqiqətdir və oyunçular bəzən çarəsizlikdən “fantastik” qol ata bilirlər.
Amma futbol tarixində elə qollar var ki, onlara sadəcə gözəl deyib keçmək çox çətindir. Çünki bu qollar atılma üsulları ilə sanki prototip xüsusiyyəti daşıyırlar. Siyahımızda fizika qanunlarını alt-üst edən, yaddaşlardan silinməyən 13 qeyri-adi qol var.



"Ölü yarpaq vuruşu" (Knuckleball) ifadəsi ilk olaraq Michel Platini üçün işlədilmiş ola bilər. Ancaq o stili çox yüksək bir səviyyəyə daşıyan ad isə şübhəsiz Cristiano Ronaldo-dur. Indi Hakan Çalhanoğlu, Gareth Bale kimi oyunçular da bu tərz vuruşlarla qarşımıza çıxır. Amma Ronaldo-nun Portsmouth-a vurduğu qol doğrudan da bənzərsizdir. "Ölü yarpaq vuruşu" üçün qapıya yaxın bir məsafə olması və topun maneənin üzərindən keçib birbaşa qapının küncünə getməsi... Möhtəşəm...



Qeyri-adi bir qol vurmaq üçün əvvəlcə o qolu xəyalında canlandırmaq lazımdır. Bugünlərdə Alanyaspor forması geyinən Papiss Cisse də Premyer Liqa günlərində Chelsea-yə vurduğu möhtəşəm qolun əvvəlidə tam olaraq bunu eləmişdi. Top önünə gələrkən “belə ayağımın kənarıyla vursam, top fırlana-fırlana qapıya gedər görəsən?” deyə düşündü və tətbiq etdi. Və belə inanılmaz bir qol alındı. Doğrusu, biz hələ də inanmırıq, bəli-bəli orada dəqiq ip var...



Bir daha bənzərinin atılmayacağına əmin olduğumuz qollardan biri. Marco Van Basten, topu atdığı bucaqdan qapını düşünmək mümkünsüz göründüyü halda, artığını edərək topu 90-na göndərir. Top o dar bucaqdan keçib qapıçının üzərindən iç torlara girir. Marco van Basten-in özü belə bunu bir daha təkrar edə bilmədi.



Rabona fəndini istifadə etməyi sevən bir çox oyunçu var, hətta Quaresma, Benfica matçında Aboubakar-ə pas da atmışdı. Romalı futbolçu Perotti də Avropa Liqasında rabona fəndiylə birbaşa qol vurmuşdu. Amma orada sanki daha çox pas atmaq istəmişdi Perotti. Erik Lamela-nın Asteras Tripolis-ə atdığı rabona qolu isə tamam başqadır. Bilərək topu 20 metr məsafədən rabonayla qapıçının uzaq olduğu nöqtəyə göndərir.



Bu qola “amma orda pas atmaq istəyib” kimi etirazlar gələ bilər. Amma onunla etdiyim reportajda bu qolu xüsusilə soruşub topu qəsdən qapıya vurduğunun təsdiqini almışdım. Bir çox müdafiə oyunçusu, Roberto Carlos-un qapıya vurduğu nöqtədə topa çatıb auta doğru atmasıyla belə böyük alqış toplayırdı. “Ən azından nəsə etməyə çalışdı” düşüncəsiylə. Amma o, dünya futbol tarixinin ən böyük sol müdafiəçisi idi, hazır topa çatmışkən o qeyri-mümkün görünən bucaqdan belə qol ata bilərdi.



Hazır bir əvvəlki qolda Quaresma-nın adı keçmişkən, siyahımıza onun bənzərsiz qoluyla davam edək. əlbəttə, rabona vuruşu onun repertuarında da var amma Quaresma deyəndə ağla ilk gələn triveladır. Trivela deyəndə isə Belçikaya atdığı qol. Topu vurma bucağı, topun süzülərək getməsi və düşdüyü nöqtə... Və dadından doyulmayacaq bir qol...



Bolton formasıyla xatırlayacağımız Meksikalı qol ustası, ən çox kəllə qolları ilə məşhurdur. Ancaq 2002-ci ildə Dünya Kubokunda atdığı qol heç də normal kəllə qolu deyildi... Topa tərəf tullananda qapı həm arxasında, həm də çarpazında qalmışdı. O da əlində qalan tək variantdan istifadə etdi, kəllə ilə akrobatik qol vurdu. Bəli bu da mümkün imiş, bunu da gördük.



Yenə bir Roberto Carlos qolu, bu dəfə cərimə zərbəsi ilə. Fransa ilə oynanılan hazırlıq matçında topun başına keçən braziliyalı, klassik olaraq bir xeyli geri çəkilir. Gəlib topa vurduğu anda isə ayağından çıxan zərbə... Bəli bu zərbəyə pas deyə bilmərik. Çünki pas dediyin o nöqtədən ya aut olar, ya da maneəyə rast gələr. Roberto Carlos orada bir illüziya göstərdi. Topa vurma şəkli və topun getdiyi yer doğrudan da çox qəribə idi.



Denis Bergkamp-ın tarixə “Bergkamp fəndi” imzasını qoyduğu an.... Yəni futbolda rəqibi gözlənilməyən fənd etdikdə “ağlını başından aldı” ifadəsi işlədilir, Bergkamp bu hərəkətiylə arxasındakı müdafiəçiyə daha artığını edir, sanki format edir. Bu fəndin davamında qapıçının tərsinə atdığı Bergkamp klassikasıyla da qolu daha da gözəlləşdirir.



Siyahını Halkan Çalhanoğlunun atdığı qolla sonlandıraq. Halkan Çalhanoğlu gündən-günə, şübhəsiz ki, dünya futbolunun ən böyük sərbəst cərimə zərbəsi ustalarından biri oldu. Onun topun başına keçdiyi sərbəst cərimə zərbələrində topun qapıya girmə ehtimalı, demək olar ki, bir penalti qədər yaxındır. Bu istedadının ən böyük imzası da Dortmund qarşısında atdığı, uzaq məsafəli sərbəst cərimə qoludur. Təxminən meydançanın orta zolağından topa vuran Hakan, sanki qapıya 20 metr uzaqlıqdaymış kimi rahat idi. Bu qol cizgi film qəhrəmanı Benjaminin “qartal vuruşu”nun real həyata əks etmiş formasıdır.



Siyahımızın digər kəllə qolu da “Uçan Hollandiyalı”dan. 2014-cü il Dünya Kubokunda İspanya ilə qarşılaşan Hollandiya, bu qola qədər elə də məşhur deyildi. Amma Van Persie-nin bu sehirli kəllə zərbəsi komandasını ruhlandırır və matçı 5-1 Hollandiyanın qalibiyyəti ilə bitirirlər. Robin van Persie-nin burada topa həm uçaraq kəllə atması, həm də topu qapıya göndərməsi doğrudan da bənzərsizdir!



Akrobatik atılmış bir qol son istifadə müddəti heç vaxt keçməyəcək “gözəl qol” modellərinin başına keçir. Cristiano Ronaldo-nun Yuventus-a atdığı akrobatik qol bir ay gündəmdən düşmədi, əlbəttə ki, buna layiq idi. Vuruş estetikası bir yana, zərbə anındakı yüksəldiyi nöqtə... Doğrudan da inanılmaz bir andı. Yuxarıdakı videoda o möhtəşəm qoldan əlavə ətrafdakı reaksiyalar da analiz edilir. Ən maraqlısı, Barzagli-nin reaksiyasıdır.



Əgər akrobatik qollardan danışırıqsa, Oscar mükafatını, əlbəttə ki, Zlatanın 2012-ci ildə atdığı qola verilər. Qapıya olan uzaqlıqdan əlavə Zlatanın topa vurduğu andakı o estetik halı, ətrafında qapıçıdan başqa bir neçə müdafiə oyunçusunun da olması... Hər şeydən əvvəl “qeyri-mümkünü xəyal etməsi” və onu həyata keçirməsi. Hələ də daha yaxşısı atılmayıb.



Siyahımızda daha çox topa vuruş estetikasını göstərən qollara yer verdik, amma, əlbəttə, solo qolların yeri ayrıdır. Yuxarıdakı videoda rəqibi sıraya düzən əfsanələri bir nəfəsə xatırlayaq.


Facebook-da paylaş

Xəbəri paylaş