Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz qrupdan çıxsarsa nə qədər qazanacaq? – UEFA-dan açıqlama



UEFA Millətlər Liqasının mükafat fondunu artırıb.

Qurumun rəsmi saytında yayılan xəbərə görə, bununla liqaların səviyyəsinə uyğun olaraq, milli komandaların qazanacağı yeni məbləğ müəyyənləşib.

Yığmamızın mübarizə apardığı D liqasında iştiraka görə verilən mükafatın məbləği 500 min avrodan 750 minə qaldırılıb. Bundan başqa, qrupunu lider tamamlayan komanda yeni dəyişikliyə əsasən, 500 min avro deyil, 750 min avro qazanacaq.

Liqanın qalibinin qazancı isə 6 milyon (əvvəl 4,5 milyon avro idi) avro təşkil edəcək. Finalda uduzan komandaya 4,5milyon (əvvəl 3,5 milyon), 3 və 4-cü yerin sahiblərinə isə müvafiq olaraq 3,5 (əvvəl 2,5) və 2,5 (əvvəl 1,5) milyon avro veriləcək.

Qeyd edək ki, millimiz D divizionunda Kosovo, Farer adaları və Malta ilə 3-cü qrupda mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş