Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Messi anbarda anasını itirmiş uşaq kimi ağlayırdı"

"Messi anbarda anasını itirmiş uşaq kimi ağlayırdı"

Argentina yığmasının sabiq fitnes məşqçisi Elvio Paoloposso 2016-cı ildə keçirilən Amerika kubokunun finalından danışıb.

Elvio finalda Çiliyə məğlub olan Argentina yığmasının düşərgəsində yaşananları xatırlayıb. O, Lionel Messinin uşaq kimi ağladığını vurğulayıb:

“Təxminən gecə saat 2-də anbarda səs eşitdim. Ora daxil olanda tənha Messini gördüm. O, anasını itirmiş uşaq kimi ağlayırdı. Mən onu qucaqladım. Messi çox təsirlənmişdi. Onu sakitləşdirmək mümkün deyildi. Bir müddət birlikdə ağladıq.

Mən Messi ilə həm Argentina yığmasında, həm də “Barselona”da işləmişəm. Onunla bağlı ancaq xoş xatirələrim var. Messi ilə çalışmaq xoş idi”.

Xatırladaq ki, Argentina 2016-cı ildə Amerika Kubokunun həlledici oyununda Çiliyə məğlub olub.


Facebook-da paylaş

Xəbəri paylaş