Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Serena Uilyams finaldakı hərəkətlərinə görə cəzalandırıldı - FOTOLAR

Serena Uilyams finaldakı hərəkətlərinə görə cəzalandırıldı -

Amerikalı tennisçi Serena Uilyams yaponiyalı Naomi Osakaya uduzduğu ABŞ Açıq çempionatının (US Open) final matçından sonra cərimə edilib.

Birinci setin gedişatında məşqçi icazə olmadığı halda Serenaya gizlincə oyun barədə göstəriş verib.

36 yaşlı tennisçi ikinci setdə raketkasını sındırıb və cərimə xalı alıb. Hesab 4:3 rəqibin xeyrinə olanda isə o, hakim Karlos Ramosla mübahisə edərək onu yalnış qərar verməkdə və cinsiyyətçilikdə ittiham edib.

Bütün bunlar Uilyamsın 17 min dollar məbləğində cəzalandırılmasına səbəb olub.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirlərində oyunun gedişatında məşqçilərin tennisçilərə taktika verməsinə icazə verilmir.






Facebook-da paylaş

Xəbəri paylaş