Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Millətlər Liqası haqqında hər şey



Sabah UEFA Millətlər Liqasında ilk oyunlar keçiriləcək. Yarış ərəfəsində reqlamenti nəzərinizə çatdırır.

Yarışda UEFA-ya üzv olan 55 millinin hamısı iştirak edəcək. 2017-ci il oktyabrın 11-də açıqlanan UEFA-nın seçmə komandalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünüb.

A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda yarışacaq. A və B liqasının hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, D liqasında 4 komandalı dörd qrupa ayrılacaq.



UEFA Millətlər Liqasının qrupları

Matçlar bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.

Millətlər Liqası Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaq baxımından iştirakçı ölkələrə fürsətdir. Növbəti qitə birinciliyi 13 ölkədə təşkil olunacağına görə (meydan sahibi olmadığı üçün), 24 vəsiqənin hamısı mübarizədə bilinəcək.

Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq. 2019-cu ilin martında Avro-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.

Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.

Qeyd edək ki, Millətlər Liqasında və "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. D Liqasının 3-cü qrupunda mübarizə aparan seçməmizin rəqibləri Farer adaları, Malta və Kosovo komandaları olacaq. Futbolçularımız ilk oyunlarını sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovoya qarşı keçirəcək.

Yarış isə sabah start götürəcək. İlk görüş saat 18:00-da Qazaxıstan və Gürcüstan milliləri arasında təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş