Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Arsenal"ın erməni futbolçusunun Bakıya gəlməsi barədə nazirlik mövqeyini bildirib



"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Arsenal”ın heyətində erməni futbolçu - Henrix Mxitaryan da forma geyinir. Erməni futbolçunun Bakıdakı oyunda iştirak edib-etməyəcəyi dünəndən müzakirə mövzusu olub.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib. Nazirlik rəsmisi açıqlamasında belə deyib:

"Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər”.

XİN sözçüsü deyib ki, Azərbaycan idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub:

"Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”. (oxu.az)

Bununla bağlı fikirlərini bildirən London klubunun baş məşqçisi Unay Emeri isə 29 yaşlı yarımmüdafiəçini Ağdam klubu ilə səfər oyununa aparmaq istədiklərini söyləyib.

"Fox sports”a danışan ispan mütəxəssis "Əlbəttə, Mxitaryanın bizimlə Bakıya getməsini istərdim. Amma bu, bir az problemli məsələdir. Həllini tapsa, daha yaxşı olardı. Hələ ki, bu barədə Henrixin özü ilə danışmamışam”.

Əslində UEFA öz bayrağı altında keçirilən yarışlarda futbolçuların istənilən ölkəyə getməsinə viza verilməsi üçün müvafiq federasiyalara, klublara və səfirliklərə məktub göndərir. Bu, standart prosedurdur. Ancaq Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən onun "Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.

Qeyd edək ki, "Qarabağ” – "Arsenal” oyunu oktyabrın 4-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş