Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ" ən yüksək reytinq xallı qrupa düşdü



"Qarabağ" klubu Avropa Liqasında ən yüksək reytinq xallarına malik qrupa düşüb.

Bu, Avroliqanın qrup mərhələsinin Monakoda keçirilmiş püşkatma mərasimindən sonra məlum olub. E qrupundakı rəqiblərdən İngiltərə "Arsenal”ı 93.000 xala, Portuqaliya "Sportinq”i 40.000 xala, "Vorskla" 8,226 reytinq xalına malikdir. "Qarabağ"ın isə 20,500 xalı var. 4 komandanın xalları toplandıqda cəmi 161.726 alınır ki, bu da qruplarda ən yüksək göstəricidir.

Digər tərəfdən, Azərbaycan təmsilçisinin hər 3 rəqibi Avroliqanın qrupuna birbaşa vəsiqə qazanıb. "Arsenal" İngiltərə Premyer Liqasında 6-cı, "Sportinq" Portuqaliya Primeyrasında, "Vorskla" isə Ukrayna Premyer Liqasında 3-cü yeri tutub. Hər üç komanda öz ölkələrinin yüksək reytinqə malik olmaları səbəbindən təsnifat mərhələlərində mübarizə aparmayıblar. "Qarabağ" isə Çempionlar Liqasında 3 təsnifat, Avropa Liqasında isə pley-off mərhələsində çıxış edib.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 20-də start veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş