Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqasında klublarımızın bütün mümkün rəqibləri məlum oldu

Avropa Liqasında klublarımızın bütün mümkün rəqibləri məlum oldu

Avropa Liqasının ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 101 komandanın hamısı dəqiqləşib. Siyahıda yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klubları “Qəbələ”, “Neftçi” və “Keşlə” də yer alıb.

Püşkatmada komandaların yer alacaqları səbətlərə də aydınlıq gəlib. İyunun 12-də keçiriləcək ilkin mərhələnin püşkatmasında 14 komanda iki səbətə bölünəcək.

Bu raundun 7 qalibi I təsnifat mərhələsində 87 komandaya qoşulacaq.

Azərbaycanın hər üç təmsilçisi iyunun 19-da keçiriləcək püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçilərimizin mümkün rəqibləri nisbətən zəif hesab olunan səpələnməmişlərdi.

Həmin səbətdə 40 komanda və ilkin raundun 7 cütlüyü yer alacaq. Lakin bu 47 komandadan üçü – Ermənistan klubları təmsilçilərimizə rəqib ola bilməz. Bir sözlə, “Qəbələ”, “Neftçi” və “Keşlə”nin ilk rəqibi olmağa 44 namizəd var.

İyunun 19-da həm də II təsnifat mərhələsinin püşkü atılacaq. Həmin raundda mübarizəyə birbaşa qoşulan 27 komanda və I mərhələnin 47 cütü iştirak edəcək. Klublarımızdan yalnız “Qəbələ”nin yer aldığı cütlük səpələnmişlərdən olacaq.

“Neftçi” və “Keşlə” isə özlərindən daha yüksək reytinqli – səpələnmiş klub, və ya beləsinin yer aldığı cütlə üz-üzə gələcək.

Yarışa II təsnifat mərhələsindən başlayacaq komandalar arasında “Sevilya”, “Beşiktaş”, “Atalanta”, “Leypsiq”, “Bordo”, “Bernli” kimi səpələnmiş rəqiblər də var.

Avropa Liqası

İlkin mərhələsi

Səpələnmişlər

“Birkirkara” (Malta)
“Trakai” (Litva)
“Europa” (Cəbəllütariq)
B-36 (Farer adaları)
“Folqor” (San-Marino)
“Bala Taun” (Uels)
“Qzira Yunayted” (Malta)

Səpələnməmişlər

“Cefn Drids” (Uels)
“Sent Culiya” (Andorra)
“Klaksvik” (Farer adaları)
“Enqordani” (Andorra)
“Priştina” (Kosovo)
“Tre Fiori” (San-Marino)
“Sent Cozefs” (Cəbəllütariq)

I təsnifat mərhələsi

Səpələnmişlər

“Kopenhagen” (Danimarka)
“Maribor” (Sloveniya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Partizan” (Serbiya)
“Molde” (Norveç)
“Apollon” (Kipr)
“Dinamo” (Minsk, Belarus)
“Lex” (Polşa)
“Hafnarfyordur” (İslandiya)
“Dandalk” (İrlandiya)
“Jalgiris” (Litva)
“Qəbələ” (Azərbaycan)
“Osiyek” (Xorvatiya)
“Nordsyelland” (Danimarka)
“Vardar” (Makedoniya)
“Trençin” (Slovakiya)
“Slovan” (Slovakiya)
“Beytar” (İsrail)
“Anortosis” (Kipr)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Vitorul” (Rumıniya)
“Qurnik” (Polşa)
“Nomme Kalyu” (Estoniya)
AİK (İsveç)
“Haken” (İsveç)
“Levski” (Bolqarıstan)
MOİK (Bolqarıstan)
“Slaviya” (Bolqarıstan)
“Neftçi” (Azərbaycan)
“Keşlə” (Azərbaycan)

“Radniçki” (Serbiya)
“Spartak” (Serbiya)
“Ventspils” (Latviya)
“Şaxtyor” (Belarus)
“Reyncers” (Şotlandiya)
“Hibernian” (Şotlandiya)
“Tobol” (Qazaxıstan)
“İrtış” (Qazaxıstan)
“Kayrat” (Qazaxıstan)
“Fola” (Lüksemburq)
“Sarpsborq” (İsveç)
“Rabotniçki” (Makedoniya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Domjale” (Sloveniya)
“Mladost” (Monteneqro)
“Jelezniçar” (Bosniya və Herseqovina)
“Rudar” (Sloveniya)

Səpələnməmişlər

“Levadiya” (Estoniya)
“Vaduts” (Lixtenşteyn)
“Milsami” (Moldova)
“Styarnan” (İslandiya)
“Ferensvaroş” (Macarıstan)
“Kliftonvill” (Şimali İrlandiya)
“Dunayska Ştreda” (Slovakiya)
“Şiroki Briyeq” (Bosniya və Herseqovina)
“Buduçnost” (Monteneqro)
“Pünik” (Ermənistan)
“Partizani” (Albaniya)
“Çixura” (Gürcüstan)
“Zarya” (Beltsı)
“Petrokub” (Moldova)
“Luftetari” (Albaniya)
“Laçi” (Albaniya)
“Vestmannaeyar” (İslandiya)
“Uypeşt” (Macarıstan)
“Honved” (Macarıstan)
“Şkupi” (Makedoniya)
“Liepaya” (Latviya)
“İlves” (Finlandiya)
“KuPS” (Finlandiya)
“Lahti” (Finlandiya)
“Derri” (İrlandiya)
“Şemrok Rovers” (İrlandiya)
“Samtredia” (Gürcüstan)
“Riqa” (Latviya)
“Trans” (Estoniya)
“Stumbras” (Litva)
“Qrbali” (Monteneqro)
“Qandzasar” (Ermənistan)
“Banants” (Ermənistan)
“Baltsan” (Malta)
“Proqres” (Lüksemburq)
“Union” (Lüksemburq)
“Qlenavon” (Şimali İrlandiya)
“Kolreyn” (Şimali İrlandiya)
“Runavik” (Farer adaları)
“Konnak” (Uels)

İlkin mərhələnin 7 qalibi

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş