Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi şərəfinə Ulyanovskda keçirilən silsilə tədbirlər yüngül atletika yarışları ilə başa çatıb



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi şərəfinə Ulyanovskda keçirilən silsilə tədbirlər yüngül atletika yarışları ilə başa çatıb.

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyət (URAMMM) ictimai təşkilatının mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yerli nümayəndəliyinin komandasının və məktəblilərin iştirak etdiyi turnir Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan 78 nömrəli məktəbin stadionunda keçirilib. URAMMM sədri İslam Hüseynov yarış iştirakçıları qarşısında çıxış edib.
O deyib: - 78 nömrəli məktəbin şagirdləri və müəllimləri də Heydər Əliyevə bizim kimi dərin hörmət bəsləyirlər. Buna görə onlara təşəkkürümü bildirirəm. Millət haqqında, ilk növbədə, onun görkəmli övladlarına görə fikir söyləyirlər. Biz şadıq ki, siz də Azərbaycan xalqı barəsində onu təmsil edən bu cür görkəmli şəxsiyyətə görə mühakimə yürüdürsünüz.

Məktəbin direktoru Gennadi Tsaryov cavab sözündə Azərbaycan diasporuna onun Ulyanovsk sakinlərinə səmimi, qardaşcasına münasibətinə görə təşəkkürünü bildirib.

Sonra komandalar yüngül atletikanın bir neçə növü üzrə qüvvələrini sınayıblar. Həmişəki kimi, bu dəfə də dostluq qalib gəlib.

Qaliblərə mükafatları URAMMM sədri İslam Hüseynov və RAGT-nin Ulyanovsk regional nümayəndəliyinin rəhbəri Üzeyir Hüseynov təqdim edib.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş