Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman gimnastlarımız Almaniyada dünya kuboku yarışında iştirak ediblər

İdman gimnastlarımız Almaniyada dünya kuboku yarışında iştirak ediblər

Almaniyanın Kotbus şəhərində idman gimnastikası üzrə keçirilən “Turnier der Meister” adlı dünya kuboku yarışında Azərbaycan gimnastlarının çıxışları yekunlaşıb.

BrendSport.az
saytı xəbər verir ki, yarışda ölkəmizi qadınlar arasında Samirə Qəhrəmanova, kişilər arasında Nikita Simonov, İvan Tixonov və Cavidan Babayev təmsil ediblər.
Gimnastlarımızdan üçü - Samirə Qəhrəmanova, Nikita Simonov və İvan Tixonov gərgin idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsinə adlamağı bacarıblar. N.Simonov halqa ilə alətlərin icrasında yeddinci olub.
S.Qəhrəmanova dayaqlı tullanmada, İ.Tixonov isə parallel qollarda səkkizinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, qarşıda gimnastlarımızı daha bir sınaq gözləyir. Belə ki, martın 2-5-də Qətərin paytaxtı Dohada keçiriləcək növbəti dünya kuboku yarışında ölkəmizi Nikita Simonov və İvan Tixonov təmsil edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş